Ötən il Azərbaycandakı magistral neft kəmərləri ilə 41 milyon 490,8 min ton neft nəql olunub. YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, nəqletmənin 81,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Belə ki, il ərzində bu kəmər vasitəsilə 33 milyon 827,1 min ton neft ötürülüb.
Bundan əlavə, 2018-ci ildə BTC ilə 6 milyon 530,2 min ton tranzit nefti də nəql edilib.