Azərbaycanda 130 mindən artıq müəssisə və təşkilat var
Ötən il ərzində müəssisə və təşkilatların sayı 9,9 faiz artaraq bu il yanvarın 1-i vəziyyətinə 130 min 323 olub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildiriblər ki, reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (30 faiz), İran (9,3 faiz), Böyük Britaniya (6,8 faiz), Rusiya (6,8 faiz), ABŞ (2,7 faiz) və Almaniya (1,8 faiz) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.
2018-ci ildə yeni yaradılmış müəssisə və təşkilatların 98,9 faizi xüsusi mülkiyyətli (o cümlədən 10,9 faizi tam xarici investisiyalı, 2,1 faizi birgə mülkiyyətli), 1,1 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.
Qeydiyyatda olan müəssisə və təşkilatların 55,5 faizi Bakıda yerləşir. Hesabat dövründə yeni yaradılmış müəssisə və təşkilatların 66,4 faizi paytaxtda, 9,6 faizi Abşeron, 6,9 faizi Aran, 4,8 faizi Quba-Xaçmaz, 4,6 faizi Gəncə-Qazax və 2,7 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıb.
İl ərzində Bakı şəhəri üzrə 409, Aran iqtisadi rayonu üzrə 67, Abşeron iqtisadi rayonu üzrə 43, Gəncə-Qazax iqtisadi rayonu üzrə 36, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 21, Naxçıvan Muxtar Respublikası üzrə 15, Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarının hər biri üzrə 10, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 7, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 5, Lənkəran iqtisadi rayonu üzrə isə 4 müəssisə ləğv edilib.
Cari il yanvarın 1-i vəziyyətinə ölkə üzrə müəssisələrin ümumi sayının 82,3 faizini kiçik müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (30,7 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (16,8 faiz), tikinti (10,9 faiz) və kənd təsərrüfatı (9,1 faiz) sahələrində yaradılıb. Kiçik müəssisələrin 58,4 faizi Bakıda, 12,1 faizi Aran, 7,7 faizi Abşeron, 5,5 faizi Gəncə-Qazax, 5,4 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb