2018-ci ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin(TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 47 milyon 720 min ton, yük dövriyyəsi isə 10 milyard 428,8 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, yüklərin 30 milyon 153,8 min tonu və ya 63,2 faizi avtomobil nəqliyyatı, 11 milyon 316,9 min tonu və ya 23,7 faizi dəmir yolu, 6 milyon 249,3 min tonu və ya 13,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 17,9 faizini və ya 8 milyon 520,3 min tonunu tranzit yüklər təşkil edib.