Şabranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Şabran rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinindən YeniAvropa verilən məlumata görə, saxlanılan rayon sakini Əfqan Məmmədovun üzərinə baxış zamanı 0,2 qram qurudulmuş marixuana aşkarlanıb. O, ifadəsində narkotik vasitəni həmyerlisi Elmar adlı şəxsdən aldığını bildirib.
Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Elmar Babayev saxlanılıb və onun yaşadığı evə baxış keçirilib. Oradan siqaret və kibrit qutularında, həmçinin plastmas qabda ümumi çəkisi 274,7 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E.Babayev narkotik vasitəni xüsusi aqrotexniki qaydada qulluq edərək evdə dibçəklərdə becərdiyini bildirib.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.