Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) martda Polşanın paytaxtı Varşavaya təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib.
YeniAvropa xəbər verir ki, ixrac missiyası martın 6-dan 10-dək davam edəcək. Missiya qida, alkoqollu içkilər, tekstil, kosmetika sahələrini əhatə edir.
İxrac missiyada iştirak etmək üçün ixracatçılar müsabiqə əsasında seçiləcək. Fevralın 7-də keçiriləcək müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və AZPROMO-dur.