UNICEF Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edir
Bu il UNICEF Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edir. YeniAvropa xəbər verir ki, bu haqda UNICEF-in Azərbaycan nümayəndəliyindən bildirilib. “Bu gün bizim məqsədimiz harada doğulmasından və hansı şəraitdə yaşamasından asılı olmayaraq, bütün uşaqların bərabər imkanlara malik, sağlam, təhlükəsiz və yaxşı təhsil alaraq, ləyaqətlə yaşamasına kömək etməkdir. Bu, son 25 il ərzində Azərbaycan uşaqlarına xidmət etdiyimiz üçün qürur və fəxr hissi duyuruq”,– deyə, UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardinə istinadən məlumatda bildirilib.
Qeyd edək ki, bu beynəlxalq təşkilat Azərbaycanda 1993-cü ildən bəri fəaliyyət göstərir.
Azərbaycan müstəqilliyinin ilk illərində UNICEF-in proqramları həm təxirəsalınmaz humanitar ehtiyaclara, həm də milli inkişaf prioritetlərinə yönəlmişdir. 25 il əvvəl bu prioritetlər arasında qarşısı alına bilən xəstəliklər əleyhinə peyvəndləmə, uşaq və anaların sağlamlığı, o cümlədən qidalanmasının yaxşılaşdırılması, təhlükə altında olan uşaqların qorunması da var idi.
UNICEF hökumət, vətəndaş cəmiyyəti və yerli icmalarla birgə işləməklə Azərbaycan uşaq və qadınlarının sağlamlığı və inkişafı naminə ciddi irəliləyişə töhfə verib. Bu qurumun ölkəmizdəki uğurları sırasında bir sıra xəstəliklərin yayılmasının qarşısının alınması, duzun ümumi yodlaşdırılması, ibtidai məktəblərdə iştirak səviyyəsinin 90 faizdən artıq göstəriciyədək artırılması, ilk məktəbəqədər hazırlıq proqramının tətbiqinə göstərdiyi köməyi misal çəkmək olar. Bundan əlavə UNICEF, qızların erkən nikahlandırılmalarının qarşısının alınması, əlilliyi olan uşaqların normal məktəblərdə oxuması, uşaqlar üçün pulsuz hüquqi yardım xidmətləri kimi bir sıra qanunvericilik və təşəbbüslərin təqdim edilməsində də dəstək göstərib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb