Ötən il ölkədəki alternativ və bərpaolunan enerji mənbələri hesabına 9 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.
Bildirilir ki, keçən il “Azalternativenerji” MMC tərəfindən alternativ və bərpaolunan enerji mənbələri hesabına 9 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub və onun 8,2 milyon kilovat/saatı ümumi enerji sisteminə ötürülüb. MMC-nin bütün obyektləri üzrə enerji sistemindən alınan enerjinin həcmi 664,6 min kilovat/saat, xüsusi sərfiyyatın həcmi isə 1,4 milyon kilovat/saat təşkil edib.