Ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dollarına yaxın olub ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.
YeniAvropa xəbər verir ki, bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, hesabat dövründə Azərbaycana Belarusdan idxal əməliyyatlarının həcmi 180 milyon 762 min 68 dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 22 milyon 902 min 84 dollar olub.
Qeyd edək ki, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 160,7 milyon dollar təşkil etmişdi.