2018-ci ildə Şimal kəməri - Bakı-Novorossiysk ilə 1,3 milyon tonadək neft nəql edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.
Bildirilir ki, il ərzində SOCAR-a məxsus həcmlər olmaqla Bakı-Novorossiysk kəməri ilə 1 milyon 298,8 min ton neft nəql edilib. 2017-ci illə müqayisədə bu boru kəməri ilə ixracda 200 min tonadək azalma müşahidə olunub.