Mahaçqaladan Azərbaycan sərhədinə qədər elektrik qatarı işləyəcək.
YeniAvropa Rusiyanın “Region online” internet nəşrinə istinadla xəbər verir ki, daha əvvəl sərhədə kimi yalnız Dərbənd qatarı işləyirdi.
Müvafiq sazişi Dağıstan Respublikasının nəqliyyat naziri başçısı Şiruxab Hacımuradov və Şimali Qafqaz Şəhərətrafı Sərnişin Şirkətinin baş direktoru Yevgeni Yermakov imzalayıblar.
Dağıstan Respublikası başçısının və hökumətinin mətbuat xidmətinin məlumatında deyilir: “Müqavilə sərnişinlərin üç istiqamətdə daşınmasını nəzərdə tutur: Mahaçqala-Xasavyurt, Mahaçqala-Dərbənd, Mahaçqala – Azərbaycan ilə sərhəd”.
Nazir Mahaçqala-Xasavyurt və Dərbənd-Azərbaycan sərhədi istiqamətlərində hərəkət edən qatarların sayının artırılması imkanlarını da şirkətin rəhbəri ilə müzakirə edib.