Ötən il Azərbaycan Gürcüstana 2,5 milyard kubmetrdən çox təbii qaz ixrac edib.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.
Bildirilir ki, həmin həcmin 1,1 milyard kubmetrdən çoxu Bakı-Tbilisi-Ərzurum boru kəməri (Cənubi Qafqaz Boru Kəməri- CQBK), 1,39 milyard kubmetri isə Qazıməmməd-Qazax kəməri ilə göndərilib. Hesabat ilində bu boru kəmərləri ilə ixrac əvvəlki illə müqayisədə ümumilikdə 300 milyon kubmetrdən çox artıb.