Ötən il Azərbaycanın Türkiyəyə təbii qaz ixracı 1 milyard kubmetrədək artıb.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.
Bildirilir ki, 2018-ci ildə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə (Cənubi Qafqaz Boru Kəməri- CQBK) Türkiyəyə 7 milyard 225 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Əvvəlki illə müqayisədə qardaş ölkəyə təbii qaz ixracı 925 milyon kubmetrədək çoxalıb.