logo

Sabah “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür

10:35 19-01-2019 | icon 3913
Sabah “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 21-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda ölkə ərazisində 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin paytaxtda əhaliyə kommunal sahədə xidmətlər göstərən iki “ASAN Kommunal” mərkəzi də fəaliyyətdədir.