Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - yanvarın 19-20-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən YeniAvropa-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 5-10°, dağlıq rayonlarda 0-3° isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 7-11°, dağlıq rayonlarda 2-7° isti olacağı gözlənilir.
Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər saatlarında duman olacağı ehtimalı var. Havanın maksimal temperaturunun 7-12° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturunun 5-10° isti olacağı bildirilir.
Paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şimal-qərb küləyi əsəcək, cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 7-10° isti olacağı gözlənilir.