logo

İşdən çıxarılan Arif Alışanov prezidentə təşəkkür etdi

15:51 18-01-2019 | icon 2870
İşdən çıxarılan Arif Alışanov prezidentə təşəkkür etdi

Cənab prezidentin sərəncamı müzakirə olunmur. Biz bir daha cənab prezidentə təşəkkür edirik. Ölkə başçısı hər şeyi hamıdan yaxşı bilir.

YeniAvropa xəbər verir ki, bu sözləri prezidentin 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad olunmuş Arif Alışanov "Modern.az"a açıqlamasında deyib.

O, hazırda AzTV-də sədr səlahiyyətlərini icra edən jurnalist Rövşən Məmmədovla bağlı fikirlərini də bölüşüb: “Biz ölkə başçısına bir daha təşəkkür edirik ki, yeni sədr kimi AzTV-nin yetirməsi olan Rövşən Məmmədova etimad göstərib. Rövşən çox tərbiyəli, bacarıqlı, siyasi hazırlıqlı jurnalistdir. Cənab prezidentə təşəkkür edirik ki, işlərin davam etdirilməsi üçün kollektivimizdən birini seçib”.

A.Alışanov bundan sonra AzTV-də hər hansı bir vəzifədə fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə suallara da aydınlıq gətirib: “Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm. Mən iqtisadçıyam, işlərimi bu istiqamətdə davam etdirəcəyəm”.