logo

Martda İraqa ixrac missiyası təşkil olunacaq

15:30 18-01-2019 | icon 2870
Martda İraqa ixrac missiyası təşkil olunacaq

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) martda İraqın Ərbil şəhərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib.

YeniAvropa xəbər verir  ki, ixrac missiyası martın 2-dən 6-dək davam edəcək. Missiya qida, tekstil, tikinti, informasiya texnologiyaları sahələrini əhatə edir.

İxrac missiyasında iştirak etmək üçün ixracatçılar müsabiqə əsasında seçiləcək. Fevralın 7-də keçiriləcək müsabiqənin təşkilatçıları İqtisadiyyat Nazirliyi və AZPROMO-dur.