logo

“Azərişıq”: Elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb

13:49 18-01-2019 | icon 2779
“Azərişıq”: Elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb

Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə,  "Azərişıq" ASC-nin əməkdaşları elektrik enerjisinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüb.

Hazırda Bakı şəhəri və bütün rayonlarda əməkdaşlar gücləndirilmiş iş rejimində çalışır. Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub, eyni zamanda, sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Paylayıcı elektrik verilişi xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin olunub. Qəza təhlükəsi ehtimal edilən ərazilərdə əməkdaşlar qabaqlayıcı tədbir görüblər. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların ehtiyatı yaradılıb.

"199" Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.