Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.
YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, yanvarın 17-18-də bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb.
Məktəblilərin qış tətili isə yanvarın 27-dən 31-dək olan günləri əhatə edir.