Bu gün Sumqayıt şəhərinin 75 yaşı tamam olur.
YeniAvropa xəbər verir ki, 1949-cu il noyabrın 22-də şəhər statusu alan Sumqayıt Cənubi Qafqazın ikinci iri sənaye mərkəzidir. Həm də sakinlərinin sayına görə ölkəmizin ikinci böyük şəhəridir.
Tikinti işlərinə 1939-cu ildə başlanılan Sumqayıtın əhalisi 6400 nəfər idisə, 10 il sonra bu rəqəm 17200 nəfər olub və bu da Sumqayıta şəhər statusu verilməsində əsas rollardan birini oynayıb. Rəsmi statistikaya əsasən, indi şəhərin 500 mindən çox sakini var.