Noyabrın 29-da Moskvada MDB İqtisadi Şurasının 104-cü iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, iclasa MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrlik edəcək.
Birlik ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri MDB-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə edəcəklər.
İclasın gündəliyində Dövlətlərarası Şuranın sərgi, yarmarka və konqres tədbirləri, 2018–2023-cü illərdə iqtisadi sahədə sənaye əməkdaşlığı orqanlarının fəaliyyəti, istehsalatda qəzaların araşdırılması qaydası haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol layihəsi, atom enerjisindən dinc məqsədlər üçün istifadə sahəsində təhlükəsizlik mədəniyyətinin yüksəldilməsinə dair tədbirlər kompleksi, baza təşkilatlarının yaradılması və digər məsələlər yer alıb.