Yanvarın 17-si saat 23:00-a olan məlumata görə, küləyin sürəti Pirallahıda saniyədə 43, Maştağada 39, Bakıda 36, Sumqayıtda 35, "Günəşli" yatağında 32, "Şahdəniz"də 31, "Qum adası"nda 30 metrə bərabər olub.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış qərargahdan məlumat verilib. Bildirilib ki, dalğanın hündürlüyü "Günəşli" yatağında 10, "Şahdəniz"də isə 6,6 metrə çatıb.