logo

Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub

21:29 17-01-2019 | icon 2597
Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub

Yanvarın 17-si saat 21:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti saniyədə 26-31 metrə bərabərdir. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış qərargahdan məlumat verilib.

Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.