Bakıda Transxəzər Nəqliyyat Marşrutu üzrə daşınma həcmləri müzakirə edilib
Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” (BTNM) Beynəlxalq Assosiasiyası (BA) Hüquqi Şəxslər Birliyinin (HŞB) ümumi yığıncağı keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən YeniAvropa-ya bildirilib ki, yığıncaqda “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Sauat Mınbayevin birliyin idarə heyətinin sədri vəzifəsinə təsdiq edilməsi, “Batumi dəniz limanı” MMC-nin birliyin daimi üzvlüyündən assosiativ üzvlüyünə keçirilməsi, 2018-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabat, 2019-cu il üçün marşrut üzrə təsdiq edilmiş tarif dərəcələrinə dair BTNM-in inkişafı üzrə işçi qrupunun məlumatı, birliyin ötən ildəki maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün audit şirkətinin seçilməsi və təsdiq olunması nəzərdən keçirilib. Həmçinin 2019-cu il üçün marşrut üzrə daşınma həcmlərinin, 2019-cu il üçün birliyin büdcəsinin, cari il üçün marketinq üzrə tədbirlər planının təsdiq edilməsi, işçilərin ezamiyyəti haqqında Əsasnamənin və birliyin nümayəndəlik xərcləri haqqında əsasnamənin təsdiq edilməsinə dair məsələlər müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun sədrliyi ilə keçən müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan səmərəli istifadə, dəhlizin potensialından istifadə olunması, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, bu marşrut üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur. Bu dəhlizin daha da inkişaf etdirilməsi üçün iştirakçı ölkələr tərəfindən ardıcıl tədbirlər görülür. Marşrutun rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verməklə, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır.
Yığıncaqda qeyd olunub ki, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti idarə heyətinin sədri Kanat Alpısbayevin başqa işə keçməsi ilə əlaqədar “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi idarə heyətinin sədri vəzifəsindəki səlahiyyətlərinə də xitam verilib. Yığıncaqda “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti idarə heyətinin sədri S.Mınbayev “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi idarə heyətinin sədri vəzifəsinə təsdiq edilib.
İki gün davam edən yığıncaqda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti idarə heyətinin sədr müavini Sanjar Yelyubayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradze, Ukrayna Dəmir Yolları idarə heyətinin üzvü Remiqiuş Paşkeviç, Türkiyənin Dövlət Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” SC-nin sədri Abay Turikpenbayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun iştirakı ilə müvafiq protokol imzalanıb
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb