logo

Dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb

19:28 17-01-2019 | icon 2681
Dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb

Hazırda təhlükəli hava şəraitinin ən kəskin dövrü müşahidə olunmaqdadır. Belə ki, saat 17:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti artıb. Küləyin sürəti paytaxtın Pirallahı rayonunda saniyədə 30, Bakıda, Sumqayıtda, o cümlədən paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində və Binəqədi rayonunun Biləcəri qəsəbəsində 40 metrədək şiddətlənib. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir.

YeniAvropa xəbər verir  ki, bubarədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahdan məlumat verilib.

Qeyd edilib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2°-yə enib.