Azərbaycandan Avropa İttifaqı ölkələrinə 10,5 milyard dollarlıq məhsul ixrac edilib
2018-ci ildə Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 10 milyard 579 milyon 24 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edilib ki, bu göstərici 2017-ci ilə nisbətən 3 milyard 126 milyon 716 min dollar çoxdur.
Ötən il Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 2 milyard 328 milyon 676 min dollar olub.