Azərbaycanın ötən il ən çox məhsul idxal etdiyi ölkələrin adları açıqlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan keçən il ən çox Rusiyadan məhsul idxal edib. Bu siyahıda sonrakı yerlərdə Türkiyə və Çin gəlir. Belə ki, Azərbaycanın 2018-ci ildə Rusiyadan idxal etdiyi məhsulların dəyəri 1 milyard 885 milyon 164 min ABŞ dolları təşkil edib. Müvafiq olaraq Türkiyədən 1 milyard 576 milyon 864 min dollar, Çindən isə 1 milyard 196 milyon 673 min dollar dəyərində məhsul idxal edilib.