logo

Hazırda əksər rayonlarında yağış, dağlıq rayonlarda isə qar yağır

15:27 17-01-2019 | icon 2646
Hazırda əksər rayonlarında yağış, dağlıq rayonlarda isə qar yağır

Yanvarın 17-də saat 15:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti saniyədə 30, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 metrə çatıb. Dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir.

YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahdan məlumat verilib.

Məlumata görə, respublikanın əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Hazırda havanın hərarəti Bakıda və Abşeron yarımadasında 2° isti, dağlıq rayonlarda 1-3° şaxta, dağətəyi rayonlarda 0-3°, Aran rayonlarda 4-6° istiyə bərabərdir.