logo

Dalğanın hündürlüyü "Günəşli" yatağında 5 metrdən coxdur

13:17 17-01-2019 | icon 2814
Dalğanın hündürlüyü "Günəşli" yatağında 5 metrdən coxdur

Yanvarın 17-si saat 12:00-ə olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyi arabir saniyədə 28-36 metrədək şiddətlənib. Dalğanın hündürlüyü "Günəşli" yatağında 5,3 metrə çatıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahdan məlumat verilib.

Bildirilib görə, respublikanın əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.