Yanvarın 17-də həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda məlumat yerləşdirilib. Bildirilib ki, “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 11:35-də “QR 351” saylı Doha-Bakı aviareysi ləğv olunub.
Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildi üçün “Qatar Airways”in yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.
Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.