Dünyanın 150 ölkəsində yanacaq qiymətlərinin gündəlik analizi və qiymətləndirilməsi ilə məşğul olan "Gobal Petrol Prays" yeni hesabatını açıqlayıb.
YeniAvropa xəbər verir ki, hesabatda qeyd edilir ki, dünyada yanacağın ən ucuz olduğu ölkələr elan olunub. Həmin sənədə əsasən, ayrıca MDB ölkələri üzrə də qiymətləndirmələr aparılıb. Məlum olub ki, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan ibarət MDB məkanında yanacağı ən aşağı qiymətə Türkmənistanda almaq mümkündür. Burada yancağın 1 litrinin qiyməti cəmi 43 sentdir. Türkmənistan bu müstəvidə dünyada 7-ci pillədə qərarlaşır. Ümumilikdə isə dünyada yanacağın ən ucuz olduğu ölkələr siyahəda aşağıdakı kimi sıralanır: Venesuela, Sudan, İran, Küveyt, Əlcəzair, Nigeriya, Türkmənistan...
Məlumat üçün qeyd edək ki, ən ucuz yanacaq satan ölkələrin siyahəsənda birinci olan Venesuelada yanacağın 1 litrinin qiyməti cəmi 0,01 dollardır.
Hesabata əsasən, dünyada ən baha yanacağı Honk Konqdan almaq olar. Burada benzinin 1 litrinin qiyməti 2,04 dollardır.