Dağıstanın dağlıq bölgələrində fırtına üzündən 120-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın "TASS" agentliyi məlumat yayıb. Xəbərdə bildirilib ki, bu gün səhər saat 9-da küləyin qəfildən 20-25 m/s-dək artması nəticəsində hazırda 7 inzibati rayonun elektrik təchizatında çətinliklər yaranıb.
Qeyd edək ki, sinoptiklər sabaha Azərbaycanda da güclü külək xəbərdarlğı ediblər.