Respublikanın daxili işlər orqanları ötən gün 107 cinayət faktı qeydə alıb. Onların 22-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.