“Hökumət Ödəniş Portalı”na yeni təşkilatlar inteqrasiya edilib
"Hökumət Ödəniş Portalı"na yeni təşkilatlar inteqrasiya olunub.
Mərkəzi Bankdan YeniAvropa-ya bildirilib ki, vergi, rüsum, icarə haqqı, cərimə, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə bank tərəfindən yaradılmış "Hökumət Ödəniş Portalı"nın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.
Ədliyyə və Təhsil nazirlikləri, eləcə də Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində bu qurumlar tərəfindən göstərilən xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada yaradılmış infrastruktur vasitəsilə qəbul edilməsi təmin olunub.
Bu gündən başlayaraq qeyd olunan təşkilatlar və onların tabeli qurumları tərəfindən təqdim edilən 26 xidmət, o cümlədən notariat kontorlarında icra qeydlərinin aparılması, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş təhsil sənədlərinin tanınması xidmətləri və məktəbdənkənar təhsil müəsisələrinin xeyrinə ianələr üzrə ödənişlər "Hökumət Ödəniş Portalı"na inteqrasiya olunmuş 30 bankın və "Azərpoçt" MMC-nin 2500-dən çox filial və şöbələrində, 1000-dək ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər.
Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün Ədliyyə Nazirliyi üzrə şəxsiyyət vəsiqəsi rekvizitlərindən, Qida Təhlükəsizliyi Agentliyi üzrə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən, VÖEN-dən və yaxud qurum tərəfindən təqdim edilən sənəd nömrəsindən, Təhsil Nazirliyi üzrə bu qurum tərəfindən verilmiş ödəyici kodundan, məktəbdənkənar təhsil müəssisələri üzrə isə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən istifadə edilməlidir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb