Türk Hava Yolları şirkəti yanvarın 14-dən mayın 29-dək Gəncə-İstanbul-Gəncə istiqamətində və əks istiqamətə endirim kampaniyası ilə uçuşlara start verib.
YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin Gəncədəki rəsmi nümayəndəsi Cabir Peçe məlumat verib. Onun sözlərinə görə, Gəncə-İstanbul-Gəncə təyyarə bileti gediş və gəliş daxil olmaqla 129 avrodur.
Biletin qiymətinə 30 kiloqram baqaj və 8 kiloqram əl yükü də daxildir. Bundan əlavə, sərnişinlər kampaniya çərçivəsində İstanbul-Gəncə–İstanbul biletlərini 119 ABŞ dollarına əldə edə biləcəklər.
Aksiya çərçivəsində biletlərin satış tarixi yanvarın 14-dən 31-dək, uçuş tarixi isə yanvarın 21-dən may ayının 29-dək olacaq.
Sərnişinlər biletləri Türk Hava Yollarının Gəncə baş ofisindən (Mirzə Abbas Abbaszadə küçəsi), agentliklərdən və ya internetdən əldə edə bilərlər.
Qeyd edək ki, uçuşlar “Boeing 737-800” təyyarələri ilə həyata keçirilir.