ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində 29 yaşlı azərbaycanlı gənc güllələnib.
YeniAvropa ABŞ KİV-lərinə istinadla xəbər verir ki, polisin ehtimalına görə, Elçin Xəlilov adında azərbaycanlı ona məxsus mobil telefon mağazasını qarət etmək istəyən silahlı cinayətkar tərəfindən qətlə yetirilib.
Yerli polis şöbəsindən bildiriblər ki, cinayətlə bağlı səhər saatlarında 911 xidmətinə zəng daxil olub. Boyun nahiyəsində güllə yarası ilə xəstəxanaya çatdırılan azərbaycanlının həyatını xilas etmək mümkün olmayıb.
Cinayət faktı ilə əlaqədar istintaq aparılır.