Yanvarın 14-15-də Abşeron rayonunun Qurd Dərəsi, Sarıqaya, Fatmayi, Novxanı, Goradil bağlarının bəzi ərazilərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
YeniAvropa xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən bildirilib.Qeyd edilib ki, fasilə Bağlar Enerji Təchizatı və Satış İdarəsinin (ETSİ) xidmət ərazisindəki 110/35/6 kilovoltluq 136 saylı yarımstansiyaya gələn 110 kilovoltluq elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.