logo

Səhiyyə Nazirliyinin yanında İctimai Şuraya seçkilər keçiriləcək

16:56 14-01-2019 | icon 2709
Səhiyyə Nazirliyinin yanında İctimai Şuraya seçkilər keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.21-ci bəndinə uyğun olaraq nazirliyin yanında İctimai Şuraya seçkiləri təşkil edir.

İctimai Şuraya seçkilər Səhiyyə Nazirliyinin inzibati binasında yanvarın 28-də keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Səsvermədə iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri yanvarın 18-dək zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər.