logo

Gömrük Komitəsi “donuz qripi” ilə bağlı lazımi tədbirlər görüb

16:27 14-01-2019 | icon 2667
Gömrük Komitəsi “donuz qripi” ilə bağlı lazımi tədbirlər görüb

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən “donuz qripi” ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə DGK-nın sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “donuz qripi” ilə bağlı bütün sərhəd-keçid məntəqələrində virus əleyhinə xüsusi avadanlıqlar quraşdırılıb. Bu sahədə Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla iş aparılır. “Artıq yüksək nəticələr əldə edilib. Əhalinin təhlükəsizliyi və sağlamlığı ilə bağlı bütün göstəricələr nəzərə alınıb. Əhalinin məlumatlandırılması, eyni zamanda, xəstəliyin ölkəmizdə yayılmaması üçün xüsusi dezinfeksiyaedici karantin sahələr yaradılıb”.