Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında Qrant Yardımına dair Çərçivə Sazişi imzalanıb.
YeniAvropa xəbər verir ki, sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Tonq Op imzalayıb.
Sənəddə Azərbaycan və Koreya Respublikası arasında texniki yardım və qrant müqaviləsi üzrə birgə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.