logo

Lənkəran-Lerik avtomobil yolunda sürüşmə təhlükəsi aradan qaldırılır

18:58 12-01-2019 | icon 3192
Lənkəran-Lerik avtomobil yolunda sürüşmə təhlükəsi aradan qaldırılır

55 km uzunluqda olan Lənkəran-Lerik avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir.

YeniAvropa xəbər verir  ki, avtomobil yolunda sürüşmənin aktiv olduğu yerlərdə bərkitmə işlərinə başlanılıb. Sürüşmə aktivliyinin daha çox müşahidə edildiyi yerlərdə uzunluğu 100-150 metr, hündürlüyü 4, bəzi yerlərdə isə 5 metrə çatan beton istinad divarları tikilir, bardürlər düzülür. Ərazidə, həmçinin suötürücü qurğular, rabitə xətləri, işıq dirəkləri, elektrik və qaz xətləri də yenilənəcək.

Əsaslı təmir olunan yolun eni 10 metr nəzərdə tutulub, bunun 7 metrini asfalt-beton örtüyü təşkil edəcək.

Təmir işlərinə 70-ə yaxın işçi qüvvəsi və 60-dək ağır texnika cəlb olunub.

Lənkəran-Lerik avtomobil yolunun asfaltlanması işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Lerik rayonu ölkəmizin cənub bölgəsinin turizm rayonlardan olduğu üçün yol infrastrukturunun müasir standartlar səviyyəsində qurulması yerli sakinlərlə yanaşı, bura gələn həm yerli, həm də xarici turistlərin də rahatlığına xidmət edəcək.