"BP"nin regional prezidenti Xəzərdə yeni nəhəng qaz yatağının kəşfindən danışıb
Böyük Britaniyanın "BP" neft şirkəti və onun tərəfdaşları Azərbaycanda nəhəng qaz yatağının işlənməsinə 28 milyard dollar sərmayə qoyublar və bu, yalnız başlanğıcdır.
YeniAvropa xəbər verir ki, bunu "Bloomberg"ə müsahibəsində şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bəyan edib. Onun sözlərinə görə, 2020-ci ilədək şirkət ölkəmizdə daha altı yeni kəşfiyyat quyusu qazmağı nəzərdə tutur. "Bloomberg" yazır: "Əgər onun ümidləri doğrulsa, şirkət təxminən "Şahdəniz" miqyasında yeni qaz yatağı kəşf edə bilər".
Qəri Counz əlavə edib ki, Azərbaycan Braziliya ilə yanaşı şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. "Bu kəşfiyyat proqramı bizim üçün mühümdür, çünki Xəzərdə böyük potensial görürük", -deyə "BP"nin regional prezidenti vurğulayıb.
"Bloomberg" yazır ki, şirkətlər, o cümlədən "BP" Avropa istehlakçılarının qonşuluğunda yerləşən Avrasiya regionunda kəşf olunmamış qaz yataqlarına böyük sərmayələr qoyurlar. İyun ayında "BP" və tərəfdaşları, o cümlədən "LUKoil" və "Petronas" "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə hasil olunmuş qazın Xəzər dənizi və Türkiyə arasında yeni boru xətti ilə tədarükünə başlayıblar. 2020-ci ildə boru xəttinin son mərhələsi başa çatdıqdan sonra mavi yanacaq Yunanıstan, Bolqarıstan və İtaliyaya da nəql olunacaq.
Counz deyib: "Məhz bu səbəbdən bizim Xəzərdə yeni yataqların kəşfiyyatı üzrə iddialı proqramımız var. Belə olan halda, biz yüzilliyin ortalarına qədər qaz tədarükünü davam etdirə bilərik".
"Bloomberg" əlavə edir ki, "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə ildə 26 milyard kubmetr qaz hasil olunacaq ki, bu da Polşanın illik istehlakından çoxdur.
Counzun sözlərinə görə, cari ildə BP-nin qazma işləri aparacağı "Şəfəq-Asiman" qaz strukturunun ehtiyatları "Şahdəniz-2" yatağı ilə analoji ola bilər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb