Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
YeniAvropa xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar ucuzlaşaraq 61,61 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar artaraq 52,62 dollar təşkil edib.