Vergilər Nazirliyi vergiödəyicilərinə müraciət edib.
Nazirlikdən YeniAvropa-ya bildiriblər ki, Vergilər Nazirliyinin vergiödəyicilərinə xidmət mərkəzləri yanvarın 12-də saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcək.
Həmin gün xidmət mərkəzlərində yalnız "Məcburi dövlət sosial sığortası üzrə" və "İşsizlik sığortası üzrə" rüblük hesabatlar və vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı kömək göstəriləcək.