Sentyabrın 17-dən 20-dək Minskdə "Belarus sənaye forumu-2019" keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan YeniAvropa-ya bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar.
Forumda beynəlxalq ixtisaslaşdırılmış sərgilər - "TexİnnoProm", "Profsvarka", "Kimya. Neft və qaz", "Plastex", həmçinin panel diskussiyalar, dəyirmi masalar, kooperasiya birjası, eyni zamanda, Belarus Respublikasının investisiya imkanlarının təqdimatı ilə sənayeyə xarici investisiyaların cəlbinə həsr olunmuş işgüzar tədbirlər keçiriləcək. Forum müəssisə və təşkilatlara yüksək texnologiyalı rəqabət qabiliyyətli məhsulların buraxılışının genişləndirilməsinə dair məsələlərin həllinə kömək göstərmək, beynəlxalq əməkdaşlığın inkişafı, investisiyaların cəlb edilməsi, yeni elmtutumlu texnologiya və avadanlıqların tətbiqi məqsədi daşıyır.
Qeyd edək ki, Belarus sənaye forumu 1997-ci ildən keçirilir.