logo

İlham Əliyev Zərdab–Qaravəlli yolunun tikintisinə 3,9 milyon manat ayırdı

18:08 09-01-2019 | icon 3122
İlham Əliyev Zərdab–Qaravəlli yolunun tikintisinə 3,9 milyon manat ayırdı

Prezident İlham Əliyev yanvarın 9-da “Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.