logo

Yasamal rayonunda birmərtəbəli evdə partlayışda ölənlər var

11:30 09-01-2019 | icon 4354
Yasamal rayonunda birmərtəbəli evdə partlayışda ölənlər var

Paytaxtın Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.YeniAvropa FHN-ə istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən evin çöl divarının bir tərəfinin daşıyıcı hissəsi həyətdə dayanmış "Tofaş" markalı avtomobilin üzərinə aşıb.

Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.

Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.