logo

Yeni ilin ilk həftəsində 18 nəfər dəm qazından zəhərlənib

22:48 08-01-2019 | icon 2632
Yeni ilin ilk həftəsində 18 nəfər dəm qazından zəhərlənib

Yeni ilin ilk həftəsində Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 18 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olub.

YeniAvropa xəbər verir  ki, bu barədə şöbənin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, ötən il bu səbəbdən xəstəxanaya  cəmi 151 nəfər müraciət edib. Təəssüf ki, zəhərlənmə zamanı ölüm halları da qeydə alınıb.

Baş toksikoloq dəm qazından zəhərlənmənin əlamətlərinin başağrısı, gicəllənmə, ürəkbulanma, halsızlıq olduğunu deyib. O bildirib ki, dəm qazından zəhərlənmiş insan dərhal təmiz havaya çıxarılmalı, nəfəs almasını çətinləşdirən geyimlərdən azad edilməli, təcili tibbi yardım çağırılmalıdır. Zəhərlənən şəxsin huşu özündə olsa da, xəstəxanaya müraciət edilməsi və mütəxəssisin müayinəsindən keçməsi mütləqdir. Buna səbəb dəm qazının fəsadlarının aradan qaldırılmasıdır.

A.Maqsudov hər kəsi təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.