logo

Vaxtı keçmiş kreditlərin məbləği 1,7 milyard manata çatır

17:11 08-01-2019 | icon 3122
Vaxtı keçmiş kreditlərin məbləği 1,7 milyard manata çatır

2018-ci ilin dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği  1 688,7 milyon manat təşkil edib.

YeniAvropa  Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu məbləğ ötən ilin noyabrın 1-i ilə müqayisədə 0,6 faiz azdır. 208-ci ilin əvvəlinə nisbətən isə vaxtı keçmiş kreditlər 3,8 faiz artıb.

Məlumatda daha sonra bildirilib ki, dekabrın 1-nə problemli kreditlərin ümumi kredit portfelində payı isə  13,4 faiz təşkil edib.