İlin ilk hərracında 15 dövlət əmlakı özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə yanvarın 8-də keçirilən ilin ilk hərracında 5 kiçik dövlət müəssisəsi və obyekti, 9 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili olmaqla 15 müəssisə özəlləşdirilib.
YeniAvropa xəbər verir ki,30-a yaxın vətəndaş hərracda onlayn formada iştirak edib. İnvestorlar tərəfindən ümumilikdə 21 sifariş verilib.
Paytaxtda yerləşən kiçik dövlət müəssisələrindən biri rəqabətli mühitdə özəlləşdirilib. Belə ki, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsindəki mağazanın ümumi faydalı sahəsi 95,8 kvadratmetrdir. Dövlət əmlakına ilkin qiymət 35 min manat təyin olunsa da, sifarişçilərdən biri 35 min 500 manat təklif edərək obyekti özəlləşdirib. Müxtəlif xidmət sahələri üzrə biznes imkanları təklif edən obyektlərdən biri də Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Əmlak kompleksidir. Ümumi faydalı sahəsi 1455 kvadratmetr olan dövlət əmlakının sifarişçisi onu təyin olunan ilkin hərrac qiymətinə - 60 min manata özəlləşdirib. Qax rayonundakı əmlakın isə ümumi faydalı sahəsi 661,5 kvadratmetrdir. Bu dövlət obyektini özəlləşdirən şəxs 3293 kvadratmetrlik torpaq sahəsi ilə birgə əmlaka investisiya yatıra biləcək.
İştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələrindən biri Zərdab şəhərində, digərləri isə paytaxtın müxtəlif rayonlarında yerləşir. Bu kateqoriya üzrə ən yüksək ümumi faydalı sahəsi və hərrac qiyməti olan dövlət əmlakı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindədir. 143 kvadratmetrlik sahəsi olan və xidmət fəaliyyəti üçün əlverişli obyekti vətəndaş 35 min manata özəlləşdirib. Özəlləşdirilən yarımçıq tikili İsmayıllı şəhəri, M.F.Axundov küçəsindədir. Dövlət əmlakının ümumi faydalı sahəsi 3377 kvadratmetr, birlikdə özəlləşdirilən torpağın ərazisi isə 1732.8 kvadratmetrdir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb