Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, bu sahədə işlər yanvarın 9-dan 15-nə kimi davam etdiriləcək .
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.